Yuxarı

​Banqladeşdə böyük islam partiyasının lideri edam olunub

Motiur Rəhman Nizami 2014-cü ildə ölüm hökmünə məhkum edilib

Bakı. 11 may. REPORT.AZ/ Banqladeşdə "Camaat-i-İslami" partiyasının 73 yaşlı lideri Motiur Rəhman Nizami haqqında çıxarılan ölüm hökmü icra olunub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, çərşənbə günü ölkə paytaxtı Dəkkənin mərkəzi türməsində asılıb.

Motiur Rəhman Nizami 2014-cü ildə ölüm hökmünə məhkum edilib. O, 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda Pakistanla müharibə aparılan zaman insanlığa qarşı törədilən cinayətlərdə müqəssir bilinib. Partiya lideri, xüsusilə müəllimlər, jurnalistlər və həkimlər də daxil olmaqla bir neçə yüz insanın qətlində günahlandırılırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi