Banqladeşdə bərə aşdı, 26 nəfər öldü

Digər ölkələr
  • 29 iyun, 2020
  • 07:57
Banqladeşdə bərə aşdı, 26 nəfər öldü

Banqladeşin paytaxtı Dakkada Buriqanqa çayında bərənin aşması nəticəsində azı 26 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin Yanğınsöndürmə Xidməti yayıb.

Bərənin göyərtəsində yüzə yaxın sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.