Bali müqəddəs ağaclara və dağlara dırmaşmağı qadağan edir

Bali müqəddəs ağaclara və dağlara dırmaşmağı qadağan edir Bali qubernatoru Vayan Koster xarici turistlərə müqəddəs dağlara çıxmağı, icazəsiz ticarət etməyi və plastikdən istifadə etməyi yasaqlayıb.
Digər ölkələr
1 İyun , 2023 06:23
Bali müqəddəs ağaclara və dağlara dırmaşmağı qadağan edir

Bali qubernatoru Vayan Koster xarici turistlərə müqəddəs dağlara çıxmağı, icazəsiz ticarət etməyi və plastikdən istifadə etməyi yasaqlayıb.

“Report” “Tribun-Bali”yə istinadən xəbər verir ki, o, ümumilikdə turistlər üçün 12 tövsiyə verib və səkkiz qadağa qoyub.

Xarici turistlərə qadağandır: artefakt və müqəddəs əşyaların ticarəti; zəruri sənədlər olmadan işləmək və sahibkarlıq fəaliyyətini həyata keçirmək; birdəfəlik plastik torbalardan istifadə etmək; ənənəvi Bali geyimində dua etmək istisna olmaqla, dini yerləri ziyarət etmək; müqəddəs yerlərdə və məbədlərdə qeyri-təvazökar geyimdə və ya paltarsız fotoşəkil çəkdirmək; birbaşa və ya sosial şəbəkələr vasitəsilə dövlət məmurlarına, yerli icmalara və bələdçilərə qarşı aqressiv davranmaq; müqəddəs dağlara dırmaşmaq və müqəddəs ağaclara dırmaşmaq; zibilləri ayırd etmədən atmaq və təbiəti çirkləndirmək.

Həmçinin ada rəsmiləri turistlərə lisenziyalı bələdçinin müşayiəti ilə attraksionları ziyarət etməyi, səlahiyyətli operatorlarla valyuta dəyişməyi və qanunlara uyğun olaraq avtomobil sürməyi tövsiyə edib.

Davranış qaydalarını pozan turistlər ölkədən deportasiya olunacaqlar.

Son xəbərlər

Orphus sistemi