Bağdadın mərkəzində partlayış nəticəsində 3 nəfər ölüb

Bağdadın mərkəzində partlayış nəticəsində 3 nəfər ölüb On nəfərdən çox insan yaralanıb
Digər ölkələr
15 Yanvar , 2017 00:40
Bağdadın mərkəzində partlayış nəticəsində 3 nəfər ölüb

Bakı. 15 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın mərkəzində baş verən partlayış nəticəsində ən azı 3 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, Bağdadın mərkəzi rayonlarından biri olan Əl-Kərrada minalanmış avtomobil partladılıb. Ondan çox insanın yaralandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi