Bağdadın atəşə tutulması nəticəsində ABŞ səfirliyinin mühafizəçisi həlak olub

Bağdadın atəşə tutulması nəticəsində ABŞ səfirliyinin mühafizəçisi həlak olub İraqın paytaxtı Bağdada raket mərmisi düşüb.
Digər ölkələr
30 oktyabr 2019 19:54
Bağdadın atəşə tutulması nəticəsində ABŞ səfirliyinin mühafizəçisi həlak olub

İraqın paytaxtı Bağdada raket mərmisi düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Məlumata görə, mərmi ABŞ-ın bu ölkədəki səfirliyinin binası yaxınlığına atılıb. 

"İraqın paytaxtı Bağdadın ciddi şəkildə qorunan, səfirliklərin və hökumət müəssisələrinin yerləşdiyi "Yaşıl zona" minaatanların atəşinə məruz qalıb", - deyə xəbərdə bildirilir.  

Qeyd edilir ki, mərmilərdən biri ABŞ-ın bu ölkədəki səfirliyinin binası yaxınlığına düşüb. Nəticədə mühafizəçi həlak olub.  

Son xəbərlər

Orphus sistemi