Bakı. 30 avqust. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinin cənubundakı Əl-İalyəm rayonunda terror aktı baş verib.
"Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər yayıb.
Məlumata görə, kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.