Bağdadda partlayış zamanı onlarla insan xəsarət alıb, ölən var - YENİLƏNİB-2 - VİDEO
- 12 avqust, 2019
- 21:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bağdadda silah anbarında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. Partlayış köhnə silah-sursatların utilizasiyası zamanı baş verib.
***23:40
İraqın paytaxtı Bağdadda mərmi partlayışı zamanı 13 nəfər xəsarət alıb.
"Report" "Al-Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr bildirib.
Qeyd edilir ki, hadisə silah-sursat anbarında baş verib. Yaralılardan 7-i "əl-Yarmuk" xəstəxanasına yerləşdirilib. Daha 6 nəfər isə "əl-Mahmudiyyə" xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Xəsarət alanlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, hadisə şəhərin cənib hissəsindəki silah-sursat anbarında baş verib.
***20:34
İraqın paytaxtı Bağdadda partlayış olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin cənib hissəsindəki silah-sursat anbarında baş verib.
Hələlik maddi zərər və insan itkisi barədə məlumat verilmir.