Bağdadda qaçqın düşərgəsində partlayış törədilib: 14 nəfər ölüb, 15 nəfər yaralanıb

Bağdadda qaçqın düşərgəsində partlayış törədilib: 14 nəfər ölüb, 15 nəfər yaralanıb Terrorçu qadın paltarı geyinərək, üzünü parça ilə örtübmüş
Digər ölkələr
3 İyul , 2017 16:30
Bağdadda qaçqın düşərgəsində partlayış törədilib: 14 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 3 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdad ətrafından qərbdə yerləşən ərazidə köçkünlərin yerləşdiyi düşərgədə terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 14 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

Terrorçu qadın paltarı geyinərək, üzünü parça ilə örtüb. 

Son xəbərlər

Orphus sistemi