İraqın Kərbəla vilayətində ardıcıl partlayışlar nəticəsində 12 nəfər həlak olub - YENİLƏNİB
- 14 noyabr, 2016
- 08:40
Bakı. 14 noyabr. REPORT.AZ/ İraq paytaxtı Bağdaddan cənubda yerləşən Kərbəla vilayətində törədilən ardıcıl partlayışlar nəticəsində 12 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər də yaralanıb.
Vilayətin rəsmi nümayəndəsinin sözlərinə görə, altı terrorçu-kamikadze regionun eyniadlı inzibati mərkəzinin qərb hissəsində özlərini partlatmaq istəyib, amma onlar təhlükəsizlik xidmətləri əməkdaşları tərəfindən dayandırılıblar.
Qeyd edək ki, hazırda Kərbəla şəhərində qarşıdan gələn Ərbain günü üçün hazırlıq gedir. Ərbain günü Aşura günündən 40 gün sonra, yəni Səfər ayının 20-ci günündə Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn və onun 72 tərəfdarının Kərbəlada şəhid olduqları gündür və həmin gün xüsusi mərasimlər keçirilir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə şəhərə əlavə qüvvə göndərilib.
Hələlik ölkədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri məsuliyyəti üzərinə götürməyib.
*** 11:51
İraq paytaxtı Bağdaddan cənubda törədilən partlayış nəticəsində azı 8 nəfər həlak olub.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Al Arabia" telekanalının məlumatına görə, hücumu terrorçu-kamikadze həyata keçirib.
Hadisənin təfərrüatları araşdırılır.