Bağdadda partlayış nəticəsində 5 nəfər ölüb

Digər ölkələr
  • 05 may, 2017
  • 22:02
Bağdadda partlayış nəticəsində 5 nəfər ölüb
muhalif-haber.com

Bakı. 6 may. REPORT.AZ/ Ötən gün İraqda törədilən terror aktı nəticəsində azı 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Əs-Sumariyə" telekanalı məlumat yayıb.

Məlumata görə, kamikadze minalanmış avtomobili Ənbar əyalətinin inzibati mərkəzi olan Rəmadi yaxınlığındakı Hadisa şəhərinin bazarında partladıb.

Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.