​Bağdadda iki partlayış nəticəsində 11 nəfər həlak olub

​Bağdadda iki partlayış nəticəsində 11 nəfər həlak olub Partlayışlar nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr
5 İyul , 2015 03:37
​Bağdadda iki partlayış nəticəsində 11 nəfər həlak olub

Bakı. 5 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda iki avtomobilin partladılması nəticəsində 11 nəfər həyatını itirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, maşınlardan biri şiələrin yaşadığı Amil rayonunda partalyıb.

Nəticədə 27 nəfər yaralanıb və 8 nəfər ölüb. Dura rayonunda avtobus qarajında baş verən ikinci partlayış nəticəsində daha 3 nəfər həlak olub.

Partlayışlara görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi