Yuxarı

​Bağdadda eyni vaxtda iki partlayış baş verib, 10 nəfər ölüb

Partlayışlar paytaxtın qərb və cənub hissəsində baş verib

Bakı. 14 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində azı 10 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Hər iki hadisə minalanmış avtomobilin partlaması nəticəsində baş verib. Partlayışlar eyni vaxtda paytaxtın qərb və cənub hissəsində olub.

Hələlik terrorçu qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi