Bakı. 1 oktyabr. REPORT.AZ/ İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla belə Bağdad güc ssenarisini tamamilə istisna edir.
"Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var", - deyə jurnalistlərə baş nazir aparatının nümayəndəsi Saad əl-Hadisi bildirib.