Azərbaycanın baş konsulu Batumidə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın baş konsulu Batumidə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb Tbilisi. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunda bu şəhərdəki müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Digər ölkələr
1 Noyabr , 2017 11:41
Azərbaycanın baş konsulu Batumidə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Report

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunda bu şəhərdəki müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, baş konsul Rəşad İsmayılov tələbələrə konsulluğun fəaliyyəti, Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixi, iki xalqın oxşar xüsusiyyətləri, milli adət-ənənələri barədə geniş məlumat verib.

O bildirib ki, bu günlərdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur: "Hər iki dövlət bu 25 ildə bir çox uğurlara imza atıb".

Azərbaycanın və Gürcüstanın dövlət rəhbərlərinin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin rolunu yüksək qiymətləndirən diplomat deyib ki, bu gün birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi–Qars dəmir yolu layihələri, Böyük İpək yolunun bərpası layihəsi Bakı və Tbilisinin dünyada nüfuzunu daha da artırıb: "Hər iki ölkə bu layihələrdən gəlir əldə edir və xalqlarımızın rifah halı günbəgün yaxşılaşır.

Batumidə təhsil alan tələbələrimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar". 

Son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı dünyanın böyük dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsinin Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olduğunu söyləyən baş konsul R.İsmayılov bu siyasətin xarici ölkələrin ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının, xüsusilə də xaricdə təhsil alan azərbaycanlı tələbələrin rolunu xüsusi qeyd edib.

Tələbələr konsulluğun binasında quraşdırılmış foto stendlərdə ulu öndər Heydər Əliyevin fəaliyyətini, Gürcüstana səfərlərini, keçirdiyi görüşləri əks etdirən şəkillərə maraqla baxıblar.

Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi