Yuxarı

Azad Suriya Ordusu daha 10 kəndi terrorçulardan təmizləyib

Avqustun 24-dən indiyədək terrorçulardan ümumilikdə 400 kvadrat kilometr sahə təmizlənib

Bakı. 29 avqust. REPORT.AZ/ Azad Suriya Ordusu tərəfindən daha 10 kəndin terrorçulardan təmizlənib.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Suriyada koalisiya qüvvələrinə dəstək vermək məqsədi ilə başlayan "Fırat Kalkanı" əməliyyatı çərçivəsində avqustun 24-dən indiyədək terrorçulardan ümumilikdə 400 kvadrat kilometr sahə təmizlənib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən icra olunan "Fırat Kalkanı" əməliyyatına Suriyada koalisiya qüvvələri də dəstək verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi