AXC-nin 100 illiyi çərçivəsində Sofiyada ağacəkmə kampaniyası keçirilib - FOTO

AXC-nin 100 illiyi çərçivəsində Sofiyada ağacəkmə kampaniyası keçirilib - FOTO Sofiya. 13 may. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 26-cı ildönümü münasibətilə paytaxt Sofiyanın Vrana park-muzeyində ağacəkmə aksiyası keçirilib.
Digər ölkələr
13 May , 2018 05:49
AXC-nin 100 illiyi çərçivəsində Sofiyada ağacəkmə kampaniyası keçirilib - FOTO

Sofiya. 13 may. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 26-cı ildönümü münasibətilə paytaxt Sofiyanın "Vrana" park-muzeyində ağacəkmə aksiyası keçirilib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, aksiyada Bolqarıstan xarici işlər nazirinin müavini Yuri Şterk, Sofiya şəhər meri Yordanka Fandıkova, Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova, eləcə də Bolqarıstanda akkreditə olunan bir çox ölkələrin səfirləri iştirak ediblər.

Sofiya şəhər meri Y. Fandıkova paytaxtda yaşıllıq zonalarının yaradılması və onların qorunaraq inkişaf etidirilməsinin əsas vəzifələrindən biri olduğunu bildirib və bu təşəbbüsə görə Azərbaycanın Bolqarıstandakı Səfirliyinə təşəkkür edib. "Azərbaycan səfirinin təşəbbüsü deyərdim ki, şəhərimizin ətraf mühitinin dəyişdirilməsi və inkişafı ilə bağlıdır. Buna görə səfirə təşəkkürümü bildirirəm. Bu təşəbbüs, bizim əsas məsələ olan şəhərin yaşıllıq zonalarının təkmilləşdirilməsi və müasirləşdirilməsinə yönəlib"- deyə Y. Fandıkova əlavə edib.

Öz növbəsində isə səfir N. Qurbanova bildirib ki, son 30 ildə Azərbaycan və Bolqarıstan arasında əlaqələr davamlı olaraq inkişaf edib: "İki ölkə arasında möhkəm dostluğun rəmzi olacaq bu çinar ağaclarını əkirik. Bu il Azərbaycan üçün əlamətdar ildir. Ölkəmiz AXC-nin yaranmasının 100 illiyini qeyd edir". Diplomat aksiya iştirakçılarına AXC-nin yaradılması, 23 ay ərzində keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.

Qeyd edək ki, paytaxt Sofiyadan 11 km məsafədə yerləşən və ötən əsrin əvvəllərində bolqar çarı I Ferdinand tərəfindən salınan "Vrana" parkında 800-dən çox ağac və bitki növləri mövcuddur. Şəhər sakinləri və qonaqlar üçün açıq olan parkı son 5 ildə 300 mindən çox insan ziyarət edib.

Son xəbərlər

Orphus sistemi