Avstriyaya sığınan suriyalı qaçqın terrorçuluq zəminində qətl törətməkdə ittiham olunur

Avstriyaya sığınan suriyalı qaçqın terrorçuluq zəminində qətl törətməkdə ittiham olunur Adı açıqlanmayan həmin şəxs Suriyanın Xoms şəhərində 20 nəfər silahsız və ya yaralı suriyalıları qətlə yetirməkdə şübhəli bilinir
Digər ölkələr
24 Fevral , 2017 09:38
Avstriyaya sığınan suriyalı qaçqın terrorçuluq zəminində qətl törətməkdə ittiham olunur

Bakı. 24 fevral. REPORT.AZ/ Avstriya hökuməti 27 yaşlı suriyalı qaçqını terrorçuluq zəminində qətl törətməkdə ittiham edir.

“Report” BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs Suriyanın Xoms şəhərində 20 nəfər silahsız və ya yaralı suriyalıları qətlə yetirməkdə şübhəli bilinir.

İnformasiyaya əsasən, Avstriya hökumətindən sığınacaq istəyən qaçqın Fələstin vətəndaşıdır və Xomsda fələstinlilərin düşərgəsində böyüyüb.

Xəbərdə bildirilib ki, hökumət onun həmin hadisədə şübhəli bilinməsindən ötən il xəbər tutub və istintaq işi başlayıb. Məlumata görə, suriyalı qaçqının məhkəməsinin bu ilin martında keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi