Yuxarı

​Avstriyada atışma olub, 2 nəfər ölüb, 11-i yaralanıb

İnsident bazar gününə keçən gecə baş verib

Bakı. 22 may. REPORT.AZ/ Avstriyanın qərbində naməlum kişinin insanlara atəş açması nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, insident bazar gününə keçən gecə Forarlberq federal torpağının Nentsinq kommunasında təqribən 150 nəfərin iştirakı ilə keçirilən bayram tədbiri zamanı baş verib.

Polis mənbələrinin məlumatına görə, Bakı vaxtı ilə təqribən 05:00 radələrində yaranan mübahisədən sonra 27 yaşlı gənc avtomobildən odlu silah götürərək tədbir iştirakçılarına atəş açmağa başlayıb. O daha sonra özünü öldürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi