Yuxarı

Avstraliyanın baş naziri: Malayziya təyyarəsinin axtarışı sonsuza qədər davam edə bilməz

Axtarışlar əsaslandırılmış ehtimallar mövcud olduğu müddətcə davam edəcək

Bakı. 8 mart. REPORT.AZ/ Avstraliyanın baş naziri Toni Ebbot, Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində bildirib ki, laynerin axtarışı "sonsuza qədər davam edə bilməz".

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, T.Ebbot deyib ki, axtarışlar "əsaslandırılmış ehtimallar mövcud olduğu müddətcə" davam edəcək.

Baş nazirin sözlərinə görə, bu hadisə 21-ci əsrin ən böyük möcüzələrindən biridir.

Xatırladaq ki, göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Bir ildir davam edən axtarışlar hələ ki nəticə verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi