Avstraliyada partlayış təhlükəsinə görə təyyarə təxliyyə edilib

Digər ölkələr
  • 06 iyun, 2017
  • 05:56
Avstraliyada partlayış təhlükəsinə görə təyyarə təxliyyə edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Avstraliyanın Olebro şəhərindəki hava limanında təyyarənin tualetində yalançı bomba təhlükəsi yazılmış vərəqə aşkar edildikdən sonra sərnişinlər təyyarədən təxliyyə edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Göyərtəsində 42 sərnişin olan təyyarə evakuasiya edilib, bir kişi həbs edilib.

Şahidlərin sözlərinə görə, sərnişinlərin bəziləri hətta özünü uçuş-enmə zolağına atıb.