Bu gün Avstraliyada ümumi parlament seçkilərində erkən səsvermə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Səsvermə bülletenlərin təqdim edilməsi üçün əsas və son gün olacaq mayın 21-dək davam edəcək.
MSK-dan qeyd edilib ki, vaxtından əvvəl səs vermək istəyən seçicilər üçün ölkə üzrə 500-dən çox seçki məntəqəsi açılacaq və onlar hər gün saat 08:00-dan 18:00-dək işləyəcəklər.
Daha əvvəl MSK 2022-ci il seçkilərində 17,2 milyondan çox seçicinin səs vermək niyyətində olduğunu bildirmişdi. Bu isə səsvermə hüququna malik avstraliyalıların 96,8%-ni təşkil edir. Onlar Nümayəndələr Palatasına 151 deputat və 76 senatordan 40-nı seçməli olacaqlar. Əsas seçki günü ölkədə 105 mindən çox könüllünün çalışacağı 8 min seçki məntəqəsi açılacaq.