Avstraliyada ölkə tarixinin ən isti günü qeydə alınıb

Avstraliyada ölkə tarixinin ən isti günü qeydə alınıb Avstraliya Meteorologiya Bürosu müşahidələr tarixindəki ən isti günü qeydə alıb.
Digər ölkələr
18 Dekabr , 2019 11:20
Avstraliyada ölkə tarixinin ən isti günü qeydə alınıb

Avstraliya Meteorologiya Bürosu müşahidələr tarixindəki ən isti günü qeydə alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dekabrın 17-də havanın istiliyi 40,9 ºC-yə qədər yüksəlib.

Büronun "Twitter" səhifəsində yer alan məlumata görə, bununla da 2013-cü il yanvarın 7-də qeydə alınan 40,3 ºC-lik əvvəlki rekord qırılıb.

Qeyd edək ki, Avstraliyada noyabrın əvvəlində yeni yanğın dalğaları başlayıb. Əhali arasında itkilər var. Yanğın artıq 1 milyon hektardan çox meşə sahəsini, o cümlədən koalaların yaşayış yerlərini məhv edib.

Son xəbərlər

Orphus sistemi