Avstraliya COVAX mexanizmi üçün əlavə 38 milyon ABŞ dolları ayıracaq

Avstraliya COVAX mexanizmi üçün əlavə 38 milyon ABŞ dolları ayıracaq Avstraliya hökuməti COVAX beynəlxalq mexanizmi üçün əlavə 50 milyon Avstraliya dolları (38,6 milyon ABŞ dolları) ayıracaq
Digər ölkələr
3 İyun , 2021 11:37
Avstraliya COVAX mexanizmi üçün əlavə 38 milyon ABŞ dolları ayıracaq

Avstraliya hökuməti COVAX beynəlxalq mexanizmi üçün əlavə 50 milyon Avstraliya dolları (38,6 milyon ABŞ dolları) ayıracaq.

Report” TASS-a istinadən məlumat verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Skott Morrison bildirib.

“Daha çox insanı COVID-19 infeksiyasına qarşı təhlükəsiz və səmərəli vaksinlərlə təmin etmək məqsədilə hökumət “COVAX Advance Market Commitment” proqramına əlavə 50 milyon Avstraliya dolları ayıracaq. Bu həmçinin, COVAX proqramının inkişaf etməkdə olan ölkələrdə əhalinin 30%-nin peyvəndlənməsi hədəfinə çatmağa imkan verəcək”, - deyə o bildirib. Morrisonun sözlərinə görə, Avstraliyanın pendemiya ilə mübarizəyə ümumi töhfəsi 130 milyon Avstraliya dollarını (100,5 milyon ABŞ dolları) keçib.

Xatırladaq ki, COVAX COVID-19-la mübarizənin sürətləndirilməsi üzrə beynəlxalq platformadır. COVAX platforması çərçivəsində Azərbaycana ilk vaksin partiyası bu ilin aprel ayında gətirilib.

Son xəbərlər

Orphus sistemi