Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb İspaniya Milli Polisi narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan cinayətkarlarından birini ələ keçirib.
Digər ölkələr
16 Sentyabr , 2024 21:44
Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb

İspaniya Milli Polisi narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan cinayətkarlarından birini ələ keçirib.

Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Milli Polis əməkdaşları adı açıqlanmayan narkobaronu Madriddə həbs ediblər. O, digər ailə üzvləri və yaxın ətrafı ilə birlikdə cinayətkar təşkilata rəhbərlik edib.

Vurğulanıb ki, cinayətkar Belçikada olduğu 2014-2018-ci illər ərzində 4 milyon avrodan çox gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi