Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bu gün Ukraynaya səfər edib.
"Report" xəbər verir ki, bu barədə avrokomissar tviterdə məlumat yayıb.
"Ukraynaya Avropa İttifaqına üzvlük istiqamətində atılan addımları müzakirə etmək üçün buradayam”, - Yohansson yazıb.
O, həmçinin bildirib ki, 3,9 milyona yaxın ukraynalı Aİ-də Müvəqqəti Mühafizə Direktivinə əsasən qeydiyyatdan keçib.