Avropanın daha bir ölkəsində benzinin bahalaşması ilə bağlı etirazlar başlayıb
Digər ölkələr
- 22 noyabr, 2018
- 12:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 noyabr. REPORT.AZ/ Belçikada benzinin qiymətinin qalxmasına qarşı keçirilən etiraz aksiyalarında yüz minlərlə sakin iştirak edir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, neft emalı müəssisəsinin yerləşdiyi Nivel şəhərində, təqribən, 400 nəfərlik qrup polisə daş və "Molotov kokteyli" atıb, dəmir parçaları ilə ətrafdakı avtomobillərin şüşələrini qırıblar.
Bununla yanaşı, RTBF telekanalının məlumatına görə, Brüsselə gedən bir avtomagistralı bağlayan etirazçıları dağıtmaq üçün göndərilən 120 polis su şərnaqlarından istifadə edib, 30 nəfər etirazçı saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl Fransada benzinin bahalaşmasına etiraz edən “sarı jiletlilər”in nümayişlərində 500-dək xəsarət alan olmuşdu.
Son xəbərlər
06:49
Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub
ASK
06:38
Soltanlıya qayıdan şəhid oğlu: Orada vətən üçün canından keçənlərin adlarını uca edəcəyik
Daxili siyasət
06:30
Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət
06:14
Keçmiş məcburi köçkün: Uzun illərdən sonra Zəngilana qayıtmağın sevincini yaşayırıq
Daxili siyasət
05:47
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
Digər ölkələr
05:12
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
Digər ölkələr
05:07
Çin "Shijian-24" eksperimental peykini uğurla orbitə çıxarıb
Digər ölkələr
04:36
Hondurasda 12 nəfərin öldürülməsindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr göndərilib
Digər ölkələr
04:05
Oman sahillərində neft tankerinə hücum edilib
Digər ölkələr