Avropada ən çox spirtli içkilər içilən ölkələr məlum olub

Avropada ən çox spirtli içkilər içilən ölkələr məlum olub Bakı. 4 dekabr. REPORT.AZ/ Baltikyanı ölkələr alkoqollu içkilərə istehlak xərclərinin payı baxımından Avropa İttifaqı üzvləri arasında lider olub.
Digər ölkələr
4 Dekabr , 2017 17:04
Avropada ən çox spirtli içkilər içilən ölkələr məlum olub

Bakı. 4 dekabr. REPORT.AZ/ Baltikyanı ölkələr alkoqollu içkilərə istehlak xərclərinin payı baxımından Avropa İttifaqı üzvləri arasında lider olub.

Bu barədə "Report" "Eurostat"a istinadən xəbər verir.

Statistikaya görə, avropalılar 2016-cı il ərzində spirtli içkilərə, təxminən,130 milyard avro sərf ediblər və bu, Aİ-nin ÜDM-nin 0,9%-nə bərabərdir. İstehlak xərclərində spirtli içkilərin payı Avropa üzrə orta hesabla 1,6%-ə çatıb.

"Eurostat"ın məlumatına görə, alkoqollu içkilər ən çox Baltikyanı ölkələrdə sevilir. Reytinqin lideri Estoniya olub: burada ötən il vətəndaşların istehlak xərclərinin 5,6%-i spirtli içkilərin payına düşüb. Növbəti pillələrdə müvafiq olaraq 4,8% və 4,2% göstərici ilə Latviya və Litva qərarlaşıb.

Polşa və Çexiya 3,6%-lik göstərici ilə 4-5-ci yerləri bölüşdürüblər.

Avropada alkoqollu içkilərə ən az - ümumi istehlak xərclərinin 0,9%-i miqdarında xərcləyən ölkə isə İspaniyadır.

Son xəbərlər

Orphus sistemi