Avropa ölkələri təhlükəsizlik sisteminin qurulmasında aparıcı rol oynamalıdır.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta “The Financial Times”a müsahibəsində bildirib.
"Əgər ABŞ Prezidenti Donald Tramp həqiqətən avropalıların öz təhlükəsizliklərinə görə daha çox məsuliyyət daşımasını istəyirsə, o zaman avropalılar təhlükəsizliyin yeni arxitekturasının müəyyən edilməsində aparıcı rol oynamalıdır", - o bildirib.
A.Koştanın sözlərinə görə, yeni təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar Rusiyanın təkcə Ukrayna üçün deyil, qlobal təhlükə yaratdığını nəzərə almalıdır.