Avropa Parlamentinin üzvləri ərəb ölkələrinin lobbiçiliyi üçün rüşvət alıblar

Avropa Parlamentinin üzvləri ərəb ölkələrinin lobbiçiliyi üçün rüşvət alıblar Belçika polisi Avropa Parlamentinin (AP) üzvləri daxil olmaqla, müxtəlif şəxslərdə aşkar edilmiş bir milyon yarım avro nağd pulu müsadirə edib.
Digər ölkələr
30 Yanvar , 2023 15:50
Avropa Parlamentinin üzvləri ərəb ölkələrinin lobbiçiliyi üçün rüşvət alıblar

Belçika polisi Avropa Parlamentinin (AP) üzvləri daxil olmaqla, müxtəlif şəxslərdə aşkar edilmiş bir milyon yarım avro nağd pulu müsadirə edib.

“Report” TVNET-ə istinadən xəbər verir ki, Qətər və Mərakeş hökumətlərinin bu ölkələrin xeyrinə Avropa İttifaqının (Aİ) institutlarına təsir göstərmək üçün məmurlara pul ödəmələrinə dair sübutlar əldə edilib.

Belə ki, Brüssel qalmaqalı ilə cinayətləri etiraf edən və parlamentdə rüşvət alanların hamısının adını çəkməyə hazır olan keçmiş latviyalı diplomat Eldar Məmmədovun əlaqəsi var. Hazırda E.Məmmədov vəzifəsindən kənarlaşdırılıb və istintaq davam etdiyi dövrdə onun hadisədə iştirakı ilə bağlı heç bir açıqlama verilmir.

“Mezzo” əməliyyatı və ya AP tarixinin ən səs-küylü qalmaqalı təxminən 1 il əvvəl başlayıb. Xüsusi xidmət orqanları keçmiş deputat Pier Antonio Panserinin Brüsseldəki evində, daha dəqiq desək, çarpayının altındakı çamadanda 400 min avro nağd pul tapıb. Eyni məbləğ evdəki seyfdə aşkar olunub”, - məqalədə qeyd olunub.

Belə ki, “Der Spiegel”in əldə etdiyi istintaq materialına əsasən, Qətər hökumətinin nümayəndələri Panseri ilə “Sofitel Place Jourdan” hotelində görüşüblər. Keçmiş deputat onlara ötən ilin noyabrında AP-nin insan hüquqları üzrə alt komitəsinin iclasında çıxış üçün mətn hazırlayıb.

Qeyd olunub ki, bu tədbirlərin birində Avropa Parlamentinin sabiq sədr müavini Eva Kaylinin vətəndaş nikahında olduğu, parlamentarilərdən birinin köməkçisi Françesko Corci də iştirak edib. E.Kayli həmçinin Qətəri açıq şəkildə müdafiə edib və həmkarlarını ikiüzlülükdə tənqid edib.

“Avropa Parlamentinin deputatlarının müntəzəm və uzunmüddətli rüşvətxorluğu ötən ilin dekabrın sonunda məlum olub. Kayli və Panserinin dostunun axtarışı və həbsindən xəbər tutan Avropa Parlamentinin sabiq sədr müavini sübutları ört-basdır etməyə çalışıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları uşaq arabasında gizlədilmiş pul olan çamadan tapıblar. Deputatlar artıq Kaylinin vəzifədən uzaqlaşdırılmasına səs veriblər, çünki cinayət başında yaxalanan məmuru toxunulmazlıq xilas edə bilməz”, - məqalədə vurğulanılıb.

Qətərdən əlavə, Avropa qurumlarında təsirini artırmağa çalışan başqa bir ölkə Mərakeşdir. Bu ölkənin hökuməti ilə əlaqə hər dəfə müxtəlif şəxslər vasitəsilə həyata keçirilib. Panseri daha sonra rüşvətin leqallaşdırılması üçün “Cəzasızlıqla Mübarizə” adlı QHT yaradıb. Dindirilmə zamanı qrup üzvləri Mavritaniya və Səudiyyə Ərəbistanına da işlədiklərini etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi