Avropa Parlamenti Polşanı AB Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb

Avropa Parlamenti Polşanı AB Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb Bakı. 15 noyabr. REPORT.AZ/ Avropa Parlamenti (AP) Polşanı Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edə biləcək prosedura başlamasını təklif edib.
Digər ölkələr
15 Noyabr , 2017 17:14
Avropa Parlamenti Polşanı AB Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Avropa Parlamenti (AP) Polşanı Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edə biləcək prosedura başlamasını təklif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qətnaməni deputatlar Strasburqda keçirilən iclasda səs çoxluğu ilə qəbul ediblər.

"Polşadakı mövcud vəziyyət Avropa dəyərlərinin ciddi şəkildə pozulmasına açıq-aydın riskdir", - qətnamənin mətnində deyilir.

Avropa Parlamentinin deputatları Polşa parlamenti tərəfindən təsdiqlənən məhkəmə islahatlarının məzmunundan narahatdırlar. Onlar AP-nin vətəndaş azadlıqları, ədalət və daxili işlər Komitəsinə Aİ normalarının pozulması halında tətbiq edilən sanksiyaları nəzərdə tutan Avropa İttifaqı barədə sazişin 7-ci maddəsinin icrasına dair sənədləri hazırlamağı tapşırıblar. 

Son xəbərlər

Orphus sistemi