Avropa Parlamenti korrupsiyada şübhəli bilinən deputatların toxunulmazlığının ləğv edilməsini istəyir

Avropa Parlamenti korrupsiyada şübhəli bilinən deputatların toxunulmazlığının ləğv edilməsini istəyir Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi (JURI) korrupsiyada şübhəli bilinən iki deputatın - belçikalı Mark Tarabella və italiyalı Andrea Koççolinonun toxunulmazlığının ləğv edilməsini dəstəkləyib.
Digər ölkələr
31 Yanvar , 2023 17:12
Avropa Parlamenti korrupsiyada şübhəli bilinən deputatların toxunulmazlığının ləğv edilməsini istəyir

Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi (JURI) korrupsiyada şübhəli bilinən iki deputatın - belçikalı Mark Tarabella və italiyalı Andrea Koççolinonun toxunulmazlığının ləğv edilməsini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə Fransa parlamentinin deputatı Manon Obri tviter səhifəsində bildirib.

“Hüquq Məsələləri Komitəsi toxunulmazlığın ləğv edilməsi ilə bağlı məruzələrimi yekdilliklə təsdiqləyib”, - o qeyd edib.

Bu deputatların toxunulmazlığı ilə bağlı yekun qərarın fevralın 2-də Avropa Parlamentinin plenar iclasında veriləcəyi gözlənilir.

Xatırladaq ki, Belçika polisi ötən il dekabrın 12-də Avropa Parlamentinin rəhbərinin keçmiş müavini Eva Kaylinin iştirakı ilə korrupsiya işinin araşdırılması çərçivəsində Brüsseldə Avropa Parlamentinin binasında axtarış keçirmişdi.

Son xəbərlər

Orphus sistemi