Avropa Parlamenti “Brexit”i təsdiqləyib

Digər ölkələr
  • 29 yanvar, 2020
  • 18:57
Avropa Parlamenti “Brexit”i təsdiqləyib

Avropa Parlamenti (AP) Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib (Brexit).

“Report” xəbər verir ki, sənədi 621 deputat dəstəkləyib, 49-u əleyhinə, 13-ü bitərəf qalıb.

Sənədin rəsmi qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq edilməsi lazımdır.

Bununla da Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-i tərk edəcək.

44 - Tezliklə