Avropa ölkələrində azı 40 nəfər şaxtadan ölüb

Avropa ölkələrində azı 40 nəfər şaxtadan ölüb Onların əksəriyyəti evsizlərdir
Digər ölkələr
10 Yanvar , 2017 13:26
Avropa ölkələrində azı 40 nəfər şaxtadan ölüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Avropa ölkələrində qeydə alınan güclü şaxta nəticəsində azı 40 nəfər ölüb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyada 6 nəfər həyatını itirib. 

Belarus və İtaliyada isə dörd nəfər donvurmanın qurbanı olub. 

İtaliyda 82 yaşlı təqaüdçü mənzilində istilik olmadığından donaraq ölüb. 72 yaşlı kişi isə küçədə soyuqdan huşunu itirərək, yıxılıb və aldığı zədədən vəfat edib.

Məlumata görə, Avropada şaxtanın qurbanı olanların çoxu evsiz-eşiksizlərdir.

Bundan başqa, bir sıra Avropa ölkələrində hökm sürən şaxtalı hava nəticəsində yollar buz bağlayıb və nəqliyyatın hərkəti iflic olub. 

Son xəbərlər

Orphus sistemi