Avropa Komissiyasının sədri namizədliyini ikinci müddətə irəli sürməyəcək

Avropa Komissiyasının sədri namizədliyini ikinci müddətə irəli sürməyəcək Jan Klod Yunkerin və Avrokomissiyanın üzvlərinin səlahiyyət müddəti 2019-cu ilin payızında başa çatır
Digər ölkələr
13 Fevral , 2017 16:43
Avropa Komissiyasının sədri namizədliyini ikinci müddətə irəli sürməyəcək

Bakı. 13 fevral. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan Klod Yunker bu posta ikinci müddətə namizəd olmayacaq.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Jan Klod Yunker jurnalistlərə müsahibəsində təsdiqləyib.

“Bir neçə ay əvvəl açıq-aşkar dedim ki, ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm. Mən bunu Almaniyada bildirmişdim, indi eyni məsələni Lüksemburqda da təkrarlayıram”, - Avrokomissiyanın sədri jurnalistlərə açıqlamasında vurğulayıb.

Məlumata görə, o, bu vəzifədən bezmədiyini deyib: “Mən bu vəzifənin icrasına başlayanda da 5 il işləcəyəmi bildirmişdim”.

Qeyd edək ki, Jan Klod Yunkerin və Avrokomissiyanın üzvlərinin səlahiyyət müddəti 2019-cu ilin payızında başa çatır.

Son xəbərlər

Orphus sistemi