Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir

Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir Ursula fon der Lyayen: "Bu gün ikinci dəfə, təkrar test verdim”
Digər ölkələr
5 Oktyabr , 2020 12:20
Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçdiyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Keçən həftənin çərşənbə axşamı görüşdüyüm şəxsin koronavirus daşıyıcısı olduğu barədə məlumat aldım. Mövcud qaydalara uyğun olaraq, oktyabrın 6-dək özümü təcrid edəcəyəm. Ötən cümə axşamı koronavirus testinin nəticəsi mənfi çıxmışdı, bu gün ikinci dəfə, təkrar test verdim”, - AK sədri bildirib.

Belçikada qüvvədə olan qaydalara görə, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra insan 7 gün müddətinə özünü təcrid etməlidir və bu müddət ərzində iki mənfi test nəticəsi alınmalıdır. 70%-i məsafədən işləməyə davam edən Avropa qurumlarının rəhbərliyinə gəlincə, onlar mütəmadi olaraq - həftədə 1-2 dəfə koronavirus testindən keçirlər.

Qeyd edək ki, sentyabrın sonlarında Avropa Şurasının sədri Şarl Mişel özünü təcrid etmiş, nəticədə Aİ liderləri birliyin sammitini sentyabrın 24-25-dən oktyabrın 1-2-nə təxirə salmaq məcburiyyətində qalmışdı.

Son xəbərlər

Orphus sistemi