Zelenski Avropa Komissiyasının sədri ilə görüşüb - YENİLƏNİB

Digər ölkələr
  • 09 may, 2023
  • 10:30
Zelenski Avropa Komissiyasının sədri ilə görüşüb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Günündə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib.

09.59

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Kiyevdə səfərdədir.

“Report”un məlumatına görə, o, bu barədə özünün tviter səhifəsində məlumat verib.

“Əziz tutduğumuz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam. Bu, Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı burada, Ukraynada da Avropa Günü kimi qeyd etmək qərarını alqışlayıram”, - o yazıb.