Bakı. 8 yanvar. REPORT.AZ/ Avropa Komissiyası Ukraynaya əlavə olaraq 1,8 milyard avro ortamüddətli kredit ayırmağa hazırdır. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının bu gün yaydığı məlumatda bildirilib.
"Bu məbləğ Avropa Parlamenti və Avropa Şurasının təsdiq etdiyi yeni proqrama uyğun olaraq Ukraynanın iqtisadi və maliyyə problemlərinin aradan qaldırılması üçün nəzərdə tutulub", - məlumatda deyilir.