Avropa İttifaqının səfiri Venesuelada qalacaq
Digər ölkələr
- 02 iyul, 2020
- 21:38
Venesuela hökuməti Avropa İttifaqı (Aİ) nümayəndəliyinin rəhbəri, səfir İsabel Brilante Pedrosanın Karakası tərk etməsi barədə verilən qərara yenidən baxıb.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Qeyd olunub ki, Pedrosanın deportasiyası baş tutmayacaq.
Razılaşma Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell ilə Venesuela Xarici İşlər naziri Xorxe Arreaza arasında aparılan danışıqlardan sonra əldə edilib.
Xatırladaq ki, bazar ertəsi günü Avropa İttifaqı Şurası sanksiyalar tətbiq edilən Venesuela rəsmilərinin siyahısını genişləndirib. Siyahıya daha 11 nəfər daxil edilib.
Son xəbərlər
09:00
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək
Fərdi08:54
Cənubi Koreya Prezidenti İranla münaqişədə iştirak üçün qoşun göndərməyi istisna edib
Digər ölkələr08:45
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə08:40
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.09.2026)
Maliyyə08:14
Foto
Bakıda 18 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Kubanın XİN başçısı: Rubionun kubalıları iradəsinə tabe etmək cəhdi uğursuzluğa məhkumdur
Digər ölkələr07:41
Finlandiya xüsusi təyinatlıları Baltik dənizində təlimlər keçirib
Digər ölkələr07:15
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika06:39