Avropa İttifaqı Ukraynaya yarım milyard avroluq hərbi yardım ayrılmasını təsdiqləyib - YENİLƏNİB

Avropa İttifaqı Ukraynaya yarım milyard avroluq hərbi yardım ayrılmasını təsdiqləyib - YENİLƏNİB Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə Avropa Sülh Fondundan Ukraynaya hərbi yardımın yeni tranşının ayrılmasını müzakirə edəcəklər.
Digər ölkələr
23 Yanvar , 2023 17:29
Avropa İttifaqı Ukraynaya yarım milyard avroluq hərbi yardım ayrılmasını təsdiqləyib - YENİLƏNİB

Aİ xarici işlər nazirləri Ukraynaya 500 milyon avro həcmində hərbi yardım ayrılmasını təsdiqləyiblər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd olunub ki, bu barədə qərar Aİ XİN başçılarının toplantısında qəbul olunub.

11:52

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə Avropa Sülh Fondundan Ukraynaya hərbi yardımın yeni tranşının ayrılmasını müzakirə edəcəklər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.

O, tranşın məbləğini hələ ki açıqlamayıb. Ancaq 500 milyon avro olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi