Avropa İttifaqı Rusiyanın təhlükəsizlik zəmanəti təklifini şərh edib

Avropa İttifaqı Rusiyanın təhlükəsizlik zəmanəti təklifini şərh edib “Avropa İttifaqı (Aİ) mövcud formatlar çərçivəsində Avropa təhlükəsizliyinin müzakirəsinin tərəfdarıdır”.
Digər ölkələr
18 Dekabr , 2021 06:47
Avropa İttifaqı Rusiyanın təhlükəsizlik zəmanəti təklifini şərh edib

“Avropa İttifaqı (Aİ) mövcud formatlar çərçivəsində Avropa təhlükəsizliyinin müzakirəsinin tərəfdarıdır”.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Aİ-nin xarici siyasət xidmətinin sözçüsü Piter Stano bildirib.

“Helsinki Yekun Aktı və Paris Xartiyası bizə Avropa təhlükəsizliyinin qurulduğu əsas prinsipləri təklif etdi. Bu məqsədlə biz bir sıra inam yaratma mexanizmlərini işləyib hazırlamışıq. Və NATO-Rusiya Şurasına əlavə olaraq, ATƏT Rusiya ilə istənilən qarşılıqlı əlaqədə fundamental olaraq qalan mexanizmlər təklif edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının mövqeyi ondan ibarətdir ki, hər bir suveren dövlət öz xarici, təhlükəsizlik siyasətini və ittifaqlarını sərbəst seçmək hüququna malikdir: “Rusiya bunu anlamalı və hörmət etməlidir”.

Son xəbərlər

Orphus sistemi