Avropa İttifaqı miqrantlarla bağlı Belarusla müzakirələr aparmaqdan imtina edib

Avropa İttifaqı miqrantlarla bağlı Belarusla müzakirələr aparmaqdan imtina edib Belarus xarici işlər nazirinin müavini Serqey Aleynik bildirib ki, miqrasiya böhranını həll etmək üçün Avropa İttifaqı rəsmi Minsklə dialoq aparmaq üçün ciddi səy göstərmir.
Digər ölkələr
14 Noyabr , 2021 05:43
Avropa İttifaqı miqrantlarla bağlı Belarusla müzakirələr aparmaqdan imtina edib

Belarus xarici işlər nazirinin müavini Serqey Aleynik bildirib ki, miqrasiya böhranını həll etmək üçün Avropa İttifaqı rəsmi Minsklə dialoq aparmaq üçün ciddi səy göstərmir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Belarusun problemi birtərəfli yolla həl etmək üçün planı yoxdur:

“Aprel ayından miqrasiya məsələləri ilə bağlı ən azı müəyyən qədər ünsiyyət, dialoq və məsləhətləşmələr üçün etdiyimiz israrlı cəhdlərimiz cavabsız qalır, daha doğrusu, rəsmi cavab aldıq, mənfidir. Beləliklə, biz bu gün Avropa İttifaqı tərəfindən bu problemlərin həlli üçün heç bir səy görmürük”.

Nazir müavini vurğulayıb ki, Belarus hakimiyyəti bütün mərhələlərdə dialoqa hazır olduğunu bəyan edib, lakin ilkin şərt olmadan və bərabərhüquqlu əsaslarla: “Bu problemi birlikdə həll etmək lazımdır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi