Avropa İttifaqı fələstinli qaçqınlara kömək üçün 261 milyon avro ayırıb

Avropa İttifaqı fələstinli qaçqınlara kömək üçün 261 milyon avro ayırıb Avropa Komissiyası (AK) Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstək üçün 261 milyon avro ayırdığını açıqlayıb.
Digər ölkələr
10 Avqust , 2022 08:42
Avropa İttifaqı fələstinli qaçqınlara kömək üçün 261 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstək üçün 261 milyon avro ayırdığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Brüsseldə dərc olunmuş kommünikesində deyilir.

Bildirilib ki, Aİ bununla da agentliyin etibarlı tərəfdaşı və onun ən böyük donorlarından biri olduğunu təsdiqləyir.

Sənəddə xatırladılır ki, 1971-ci ildən Avropa İttifaqı ilə UNRWA arasında strateji tərəfdaşlıq insan inkişafı, humanitar ehtiyaclar və fələstinli qaçqınların müdafiəsi və Yaxın Şərqdə sabitliyin təşviqi kimi ümumi məqsədə əsaslanır.

Son xəbərlər

Orphus sistemi