Avropa İttifaqının gələn il büdcəsi ilə bağlı razılıq əldə olunmayıb

Digər ölkələr
  • 20 noyabr, 2018
  • 07:31
Avropa İttifaqının gələn il büdcəsi ilə bağlı razılıq əldə olunmayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti danışıqlar zamanı Aİ-nin 2019-cu il üçün büdcəsi ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Şura bu gün Aİ-nin 2019-cu il üçün büdcəsi ilə bağlı razılığa gəlinmədiyinə görə təəssüf edir", - Aİ-yə sədrlik edən Avstriyanın maliyyə naziri və şuranın müzakirələrdəki rəhbəri Hartviq Leger deyib.

O, bu ilin sonuna qədər gələn ilin büdcəsi ilə bağlı razılıq əldə edəcəklərinə hələ də inandığını söyləyib.

44 filmi