Avropa İttifaqı sərhədlərini qanunsuz keçənlərin sayı yarıbayarı azalıb

Digər ölkələr
  • 17 iyul, 2018
  • 12:42
Avropa İttifaqı sərhədlərini qanunsuz keçənlərin sayı yarıbayarı azalıb

Bakı. 17 iyul. REPORT.AZ/ Avropa İttifaqı sərhədlərini qanunsuz keçən mühacirlərin sayı bir dəfə azalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumat Avropa İttifaqının sərhədlərinə nəzarət üzrə “Frontex” agentliyinin rəsmi saytında yer alıb.

“2018-ci ilin birinci yarısında sərhədi qanunsuz keçənlərin sayı ötən illə müqayisədə yarıbayarı azalaraq 60 min 430 olub. İyulda sərhədi pozma hadisələrinin sayı 13 min 100 olub ki, bu da 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 56 faiz azdır”, - deyə agenlik qeyd edib.

Buna səbəb kimi Aralıq dənizinin mərkəzi hissəsindən miqrantların sayının azalması göstərilir. 

44 filmi