Avropa İttifaqı rəhbərləri "Brexit" sammitini müzakirə edəcəklər

Digər ölkələr
  • 15 oktyabr, 2018
  • 16:53
Avropa İttifaqı rəhbərləri Brexit sammitini müzakirə edəcəklər

Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) 27 üzv dövlətinin rəhbərlərinin görüşü keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki mənbə məlumat verib.

Məlumata görə, şam yeməyində bir araya gələcək dövlət və hökumət başçıları gələn ay "Brexit" məsələsinə həsr olunan fövqəladə zirvə görüşü keçirmək imkanlarını müzakirə edəcəklər.