Avrokomissar: “Açıq Balkan” təşəbbüsü Balkan ölkələrinin Aİ-yə üzvlüyünü sürətləndirəcək”

Digər ölkələr
  • 10 iyun, 2022
  • 15:43
Avrokomissar: “Açıq Balkan” təşəbbüsü Balkan ölkələrinin Aİ-yə üzvlüyünü sürətləndirəcək”

“Açıq Balkan” təşəbbüsü Balkan regionu ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiyasının sürətləndirilməsinə səbəb ola bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu avrokomissar Oliver Varqeyi Monteneqronun “Adria” telekanalına açıqlamasında avrokomissar Oliver Varqeyi deyib.

“Hesab edirəm ki, bu, regionda Avropa inteqrasiyasını əhəmiyyətli dərəcədə sürətləndirə biləcək çox mühüm təşəbbüsdür”, - o bildirib.

Avrokomissar vurğulayıb ki, bu təşəbbüs Balkan ölkələrinin Aİ-yə qoşulmaq prosesinin bir hissəsi olmalıdır.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Serbiya, Albaniya və Şimali Makedoniya liderləri bölgədə məhsulların, kapitalın, xidmət və insanların sərbəst hərəkətini nəzərdə tutan Vahid İqtisadi Məkan haqqında Bəyannamə (“Açıq Balkan”) qəbul ediblər.

44 filmi