​Aviqdor Liberman: "Fələstin nazirini İsrail əsgəri öldürməyib"

​Aviqdor Liberman: "Fələstin nazirini İsrail əsgəri öldürməyib" "Nazir ürək tutmasından vəfat edib"
Digər ölkələr
12 Dekabr , 2014 14:05
​Aviqdor Liberman: Fələstin nazirini İsrail əsgəri öldürməyib

Bakı. 12 dekabr. REPORT.AZ/ İsrailin xarici işlər naziri Aviqdor Liberman Fələstinin naziri Ziyad Abu Aynın dekabrın 10-da İsrail ordusunun əsgəri tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatlara şərhini bildirib.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a göndərdiyi məlumata görə, Aviqdor Liberman bildirib ki, Ziyad Abu Ayn əslində İsrail əsgərinin endirdiyi zərbələrdən deyil, ürək tutulması nəticəsində ölüb: "Fələstin administrasiyası, İordaniya və İsrail nümayəndələrinin iştirakı ilə məhkəmə-tibb ekspertizanın nəticələri göstərib ki, fələstinli nazir ürək tutmasından vəfat edib. Bu da Fələstin rəhbərliyinin İsrailə qarşı səsləndirdikləri fikirlərin əsassız olduğunu və Fələstin cəmiyyətini təhrik etməsinə yönəldiyini bir daha təsdiq edir".

Qeyd edək ki, dekabrın 10-da Fələstinin müvəqqəti paytaxtı olan Ramallahın şimalında keçirilən aksiya zamanı Fələstinin məhbuslar və məskunlaşma məsələləri üzrə naziri Ziyad Abu Ayn ölüb. Dünya KİV-lərinin məlumatına görə, onun ölümünə səbəb İsrail ordusu əsgərinin yetirdiyi zərbələr olub.

Son xəbərlər

Orphus sistemi