"Aş-Şabab" qruplaşmasının rəhbərlərindən biri Somali hökumətinin tərəfinə keçib
- 13 avqust, 2017
- 16:28
Bakı. 13 avqust. REPORT.AZ/ "Aş-Şabab" qruplaşmasının keçmiş rəhbərlərindən biri Muxtar Robou Əbu Mənsur Somali hökumətinin tərəfinə keçib.
“Report” xəbər verir ki, bu barədə "Reuters" hərbi məmura istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ 2 ay əvvəl onun tutulması üçün vəd etdiyi 5 milyon dolları pul mükafatını ləğv edib. Əbu Mənsur "Robou" adı ilə məşhurdur. O, "Aş Şabab"ın nümayəndələrindən və keçmiş başçılarından biridir.
"Robou və onun 7 cangüdəni hazırda Huddur şəhərində yerli məmurlarladır. O, tezliklə təyyarə ilə Moqadişoya göndəriləcək" – deyə polkovnik Nur Məhəmməd agentliyə bildirib.
Somalidə beynəlxalq terror təşkilatı "Əl-Qaidə" ilə sıx əlaqələrə malik olan "Aş Şabab" ("Gənc mücahidlər hərəkatı") qrupu artıq bir neçə ildir fəaliyyət göstərir.