Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var

Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb, ikinci avtomobildə olan qadın xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
22 Yanvar , 2022 06:56
Arnold Şvarzeneggerin idarə etdiyi avtomobil qəzaya düşüb, xəsarət alan var

Amerika aktyoru və siyasətçi Arnold Şvarsenegger qəzaya düşüb.

“Report”un məlumatına görə, bu barədə TMZ nəşri bildirib.

“Arnold “Yukon” markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi qırmızı “Prius”la toqquşub. Qəza zamanı onun avtomobili yuvarlanmağa başlayıb və Priusun damının üstünə düşüb”, - nəşr bildirib.

Şahidlərin dediyinə görə, toqquşma o qədər güclü olub ki, "Yukon"un təhlükəsizlik yastıqları açılıb.

“Prius”u idarə edən qadın xəsarət alıb, o, xəstəxanaya aparılıb. Onun başından xəsarət aldığı bildirilir.

"Bizə Arnoldun səhhətinin yaxşı olduğunu söylədilər", - TMZ qeyd edib.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi