Yuxarı

Arnold Şvartseneqqer Trampa səs verməkdən imtina edib

O, 33 ildə ilk dəfə olaraq respublikaçı namizədə səs verməyəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Məşhur idmançı, kinoaktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqer bildirib ki, qarşıdan gələn prezident seçkilərində Donald Trampa səs verməyəcək.

"Report" xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Şvartseneqqer də Trampın namizədliyinin irəli sürüldüyü Respublikaçılar Partiyasının üzvüdür.

"ABŞ vətəndaşı olduğum 1983-cü ildən bu yana ilk dəfədir ki, respublikaçı namizədə səs verməyəcəyəm. Mən respublikaçı olmağımla fəxr edirəm, lakin amerikalı olmağımla fəxr etmək daha vacibdir.

Və mən həmpartiyalı dostlarıma xatırlatmaq istəyirəm ki, hər birimizin öhdəliyi ölkəni partiya maraqlarından daha üstün tutmaqdır", — deyə Şvartseneqqer yazıb.

Bununla belə, o, öz səsini kimə verəcəyini açıqlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi